yüngül musiqi

a light music * лёгкая музыка
yüngül mənşəli qadın
yüngül müvəffəqiyyət
OBASTAN VİKİ
Yüngül atletika
Yüngül atletika — dünyanın ən qədim idman növlərindən biri. Beynəlxalq qaydalara əsasən artıq "yüngül" sözündən istifadə edilmir. Atletika olimpiya idman növüdür. Atletika 5 böyük hissəyə ayrılır ki, burada qaçış növləri, tullanmalar, atmalar,çoxnövçülük və idman yerişi daxildir. Ümumilikdə Atletikada 47 növ vardır. İlk qaçış yarışının e.ə. 3800-cü ildə Misirdə təşkil edildiyi bilinməkdədir. Amma yüngül atletikanın yaranma tarixi qədim Olimpiya oyunlarının yaranma tarixi ilə eyni dövrə, yəni e.ə. 776-cı ilə təsaduf edir. Qədim Olimpiya oyunları, yalnız idman yarışmalarının təşkil edildiyi bir fəaliyyət deyil, eyni zamanda idmanın sənət və mədəniyyətlə birləşdiyi böyük şənliklər idi.
Yüngül aviadaşıyıcı
Yüngül aviadaşıyıcı bir ordunun standart gəmilərindən daha kiçik olan bir təyyarə gəmisidir. Dəqiq tərif ölkədən ölkəyə fərqli olsa da, bu gəmilər standart gəminin yarısı və ya üçdə ikisi ölçüsündə ola bilərlər. Yüngül təyyarə daşıyıcıları bir çox cəhətdən müşayiət gəmiləri ilə oxşar konsepsiyaya malikdirlər. Bununla belə, müşayiət gəmiləri amfibiya (dəniz və quru) əməliyyatları zamanı konvoyu mühafizə etmək və hava dəstəyini təmin etmək vəzifəsini yerinə yetirərkən, yüngül aviadaşıyıcılar daha yüksək sürət üçün nəzərdə tutulmuşdurlar. İspaniyalı Xuan Karlos universal desant gəmisi-dir, lakin Harrier II idarə edə bilir və Anadolu da yüngül təyyarə gəmisi kimi qəbul edilir.
Yüngül pulemyot
Yüngül pulemyot bir əsgər üçün köməkçiyə ehtiyac olmadan daşımaq və istifadə etmək üçün hazırlanmış bir silahdır. Ümumiyyətlə cəbhə bölgələrində piyada dəstəyi üçün istifadə olunur. Yüngül pulemyotlar normal silah və ya taktiki vasitə kimi də təsvir edilə bilər. İlk yüngül pulemyot, Birinci Dünya müharibəsi əsnasında ingilislərin piyada əsgərlərə dəstək məqsədilə istehsal etdikləri Lewis pulemyotu idi. Müharibənin sona çatması ilə müəyyən kiçik zonalarda və modern piyada dəstələrinin təcili olaraq ehtiyac duyduğu ərazilərdə istifadə olunmağa başlandı. Yüngül pulemyotlar hərəkət halında və ya belə söykənərək istifadə edilə bilinsə də, bu çox da lazım olmadı. Adətən ayrıc dəstəyi ilə üzü üstə vəziyyətdə istifadə olunurdu. Brengun və ya BAR kimi yüngül pulemyotlarda bir bəslənmə darağı vardı. MG 34 və s. pulemyotlar həm daraq, həm də mayonla qidalanırdı.
Yüngül tank
Yüngül tank sürətli hərəkət üçün hazırlanmış və bu gün ilk növbədə kəşfiyyat məqsədləri üçün və ya əsas döyüş tankının dəstəklənməsi üçün uyğun olmayan yerlərdə səfər qüvvələrini dəstəkləmək üçün, istifadə olunan bir tank variantıdır. İlk yüngül tanklar ümumiyyətlə zirehli maşınlar kimi zirehli quruluş və silahlarla təchiz edilmişdi, lakin tırtıldan istifadə etmələri sahədəki üstün hərəkətliliklərinin təminatçısı idi.
Musiqi
Musiqi — səsli, bədii obrazları gərçəklikdə əks etdirən, insanın psixikasına fəal təsir edən incəsənətin növlərindən biridir. Qədim yunanlar musiqini tanrıların töhfəsi kimi qiymətləndirir, ona insanların qəlbini fəth edən ecazkar qüvvə kimi yanaşırdılar. Yunan rəvayətlərinin birində Orfey oxuduğu gözəl nəğmələrlə tanrıları və adamları heyran edir, təbiətin kor qüvvələrini ram edirdi. Ümumi musiqi terminləri italyan dilindən götürülmüşdür. Buna intervaları nümunə göstərmək olar. Musiqidə 7 not var: do, re‚ mi, fa, sol, lya, si. Musiqi (digər yunan dilindən μουσική) müəyyən şəkildə təşkil edilmiş səslərin forma, harmoniya, melodiya, ritm və ya digər ifadəli məzmun birləşməsini yaratmaq üçün istifadə edildiyi bir sənət növüdür. Musiqinin tərifləri mədəniyyətdən mədəniyyətə dəyişir, lakin o, bütün insan cəmiyyətlərinin bir cəhətidir — mədəni universaldır. Tədqiqatçılar etiraf edirlər ki, musiqi bir neçə spesifik elementlə müəyyən edilir (ton, tembr, müddət, forma və s.), lakin onların tərifləri ilə bağlı konsensus yoxdur. Musiqi istehsalı adətən musiqi kompozisiyasına, improvizasiyaya və ifaya bölünür, musiqi sənətinin müxtəlif aspektləri isə akademik fənlər (məsələn, musiqişünaslıq və musiqi nəzəriyyəsi), tənqid, fəlsəfə və psixologiya çərçivəsində nəzərdən keçirilir.
Bren (yüngül pulemyot)
Bren (ingiliscə tam adı Bren Light Machine Gun) - Çexoslovakiya və İngiltərənin birlikdə istehsal etdiyi yüngül pulemyotdur. 1938-ci ildə xidmətə qəbul edilmiş və 1958-ci ildə xidmətdən kənarlaşdırılmışdır. Bənzər versiyası olan L4 hələ də Böyük Britaniya tərəfindən istifadə olunur. 550 metrlik effektiv mənzilə malik Bren kifayət qədər yüngül silahdır. Bu silah .303 British 7.92x57mm Mauser (İkinci dünya müharibəsi dövründə Çin üçün) və 7.62×51mm NATO (İkinci dünya müharibəsindən sonra) tipli güllələrdən istifadə etmişdir. 1938–1966-cı illərdə ümumi olaraq 5,400,000 ədəd istehsal edilmişdir. İkinci dünya müharibəsi, Ərəb-İsrail müharibələri, Birinci Hindçin müharibəsi, Süveyş böhranı, Vyetnam müharibəsi, Folklend müharibəsi kimi bir çox müharibələrdə müxtəlif tərəflər tərəfindən istifadə edilmişdir.
Lewis (yüngül pulemyot)
Lewis pulemyotu Amerika Birləşmiş Ştatları və İngiltərənin birlikdə istehsalı olan yüngül pulemyotdur. Silah müharibə zamanı Britaniya İmperiyası qoşunları tərəfindən geniş istifadə edildi və Koreya müharibəsinin sonuna qədər bir ayırıcı lülə soyutma ötürücüsü və üstə quraşdırılmış tambur maqazin ilə istifadə edilmişdir. Konstruktor: The Birmingham Small Arms Company Limited Konstruksiya tarixi: 1911 İstehsalçı: The Birmingham Small Arms Company Limited Savage Arms Co.
Owen (yüngül pulemyot)
Owen, Avstraliya istehsalı olan yüngül pulemyotdur. Silah 1939-cu ildə Evelyn Owen tərəfindən yaradılıb və İkinci dünya müharibəsi zamanı Avstraliya ordusunun əsas yüngül pulemyotu olmuşdur. Silahı 1943-cü ildən 1960-cı illərin ortalarına qədər istifadə etmişlər.
Sterling (yüngül pulemyot)
Sterling, Böyük Britaniya istehsalı olan yüngül pulemyotdur. Silah, 1944-cü ildə Sten pulemyotunun yerini alması üçün dizayn edilib və 1953-cü ildə istehsalına başlanılmışdır. 1994-cü ildə yerini L85A1 piyada silahına buraxıb.
Türkiyədə yüngül sənaye
Türkiyənin yüngül sənayesi — Türkiyənin toxuculuq, geyim və dəri sənayesində istehsal sənayesində çalışanların üçdə birindən çoxu çalışır (müxtəlif mənbələrə görə, 750 mindən 1,9 milyon nəfərə qədər və toxuculuq və geyim sənayesində təxminən 40 min şirkət fəaliyyət göstərir). Özəl xarici və Türkiyə dövlət kapitalının yüngül sənayedəki payı azdır. Çin, Vyetnam, Hindistan, Banqladeş və Pakistandan ucuz məhsulların bazara daxil olması bir çox türk şirkətlərinin daha bahalı qiymət seqmentinə keçməyə məcbur etdi. Onlar marka məhsulların istehsalını mənimsədilər. Toxuculuq sənayesi Türkiyə iqtisadiyyatının ən qədim və aparıcı sahələrindən biridir. 1980-ci ildə həyata keçirilən iqtisadi islahat toxuculuq mallarının ixracının artmasına və yeni toxuculuq avadanlıqlarının idxalına kömək etmişdir. 2002-ci ildə toxuculuq sənayesində 16,6 milyard dollarlıq (1990-cı ildə — 8,8 milyard) məhsul istehsal olunmuş və 6.2 milyard dollarlıq (1990-cı ildə — 3.1 milyard) məhsul ixrac edilmişdir. 2005-ci ildə 17.5 milyard dollar dəyərində tekstil məhsulları istehsal edildi; 2006-cı ildə tekstil ixracatı 8.1 milyard dollara çatmişdır (o cümlədən parçalar — 3.1 milyard, lif və iplik — 1.7 milyarddan çox). 2009-cu ildə Türk toxuculuq məhsullarının ən böyük alıcılarının ilk onluğuna Rusiya (15%), İtaliya (9,7%), Almaniya (6.1%), Rumıniya (4.6%), Polşa (4.3%), İran (4,1%), Bolqarıstan (3,8%), Böyük Britaniya (3,2%), Misir (2,9%) və ABŞ (2,9%) daxil idi. Tekstil ixracatının əsas məhsullarını sintetik parçalar, pambıq parçaları, iplər və ipliklər, yun parçalar təşkil etmişdır.
Yüngül relsli sistem
Yüngül relsli sistem, Yüngül dəmir yolu və ya Müasir dekovil, daha yüksək həcmlərdə işləyən şəhər tramvay sistemidir. Dekovil, 40 ilə 60 sm arasındakı relslərdə hərəkət edə bilmək üçün hazırlanmış və maşın, heyvan və ya insan gücü ilə hərəkət etdirilə bilən vaqonlardır. 1875-ci ildə Paul Decauville tərəfindən Fransada qurulan şirkət tərəfindən istehsal edilən bu vasitələr zaman keçdikcə bu ad (dekovil) ilə məşhurlaşdı. Yüngül relsli sistemlərdə istifadə olunan vaqonlar adi tramvaylara nisbətən daha sürətli olsalar da, metro vaqonlarına nisbətən daha yüngüldürlər. Son zamanlarda, ağır dəmir yolu sistemləri ilə qarşılaşdırıldıqda, nisbətən ucuz və artan etibarlılığına görə bu sistemlərə daha çox üstünlük verilir.
Yüngül tipli təyyarə
Yüngül təyyarə, maksimum uçuş çəkisi 12.500 funt (5.670 kq) və ya daha az olan bir təyyarədir. Sabit və ya fırlanan qanadları olan yüngül təyyarələr dünyada həm mülki, həm də hərbi məqsədlər üçün geniş istifadə olunur. Hobbi uçuşlara əlavə olaraq, yüngül təyyarələr və vertolyotlar sərnişin daşınması, valyuta atma, elektrik kabellərinə nəzarət və pestisidlərin çilənməsi kimi bir çox fərqli işlərdə istifadə olunurlar.
Donqar (musiqi)
Donqar — mizrabla çalınan qədim Azərbaycan simli musiqi aləti. Donqardan XIX əsrin I yarısında geniş istifadə edilib. Rus rəssamı Q. Q. Qaqarin Qafqazda hərbi xidmətdə olarkən (1840-1850) Azərbaycanı da gəzmiş və bir sıra qiymətli əsərlər yaratmış. O, "Şamaxı rəqqasələri" adlı tablosunda bir sıra Azərbaycan çalğı alətləri ilə yanaşı, donqarı da təsvir edir. Bu tablo hazırda Sankt-Peterburqda şəhərinin Rus Dövlət Muzeyində qorunur. Nə yazıq ki, alət sonralar unudulub. Ancaq onu asanlıqla bərpa edib peşəkar alətə çevirmək olar. "Donqar" sözü Azərbaycan türkcəsində insan və ya heyvan bədənində çıxıntıya deyilir. Çanağında yöndəmsiz çıxıntı olduğuna görə alət belə adlandırılıb.
Elektronik musiqi
Elektronik musiqi (ing. Electronic music) və ya elektronika — elektron musiqi aləti və elektron musiqi texnologiyasının köməyi ilə yaradılan musiqi növüdür. İlk elektron musiqi alətləri XX əsrin əvvəllərində ixtira olunmağa başlamışdır. Lakin, elektronik musiqinin sərbəst bir janr kimi tanınmağa başlaması XX əsrin ikinci yarısına təsadüf edir. Elektronik musiqi, elektron texnologiya və elektromexaniki musiqi alətlərinin yaratdığı səslərin köməyi ilə ifa edilir. Elektronik musiqi əvvəllər ancaq qərb akademik musiqisi ilə əlaqələndirilsə də, 60-cı illərin sonunda sintezatorların qiymətinin aşağı düşməsi nəticəsində, bu anlayış da tamamilə dəyişmişdir. Bu gün, elektronik musiqi dedikdə, eksperimental musiqidən tutmuş, populyar elektronik rəqs musiqisinə qədər böyük bir janr başa düşülür. Elektronik musiqinin yaranmasından əvvəl, bəstəkarlarda yeni ixtira olunan texnologiyalardan musiqidə istifadə etmək marağı yaranmışdır. İlk elektromexaniki musiqi alətlərindən olan teleharmonium Tadeus Kahill tərəfindən ixtira olunmuşdur. İlk elektronik musiqi aləti Lev Teremin tərəfindən 1918-20–ci illərdə ixtira olunmuş Teremin hesab olunur.
Elektronika (musiqi)
Elektronika - bəzi rəqs növləri ilə müxtəlif fəaliyyətlərdə fond musiqisi olaraq istifadə edilmək üzrə hazırlanan və müasir elektronik musiqinin geniş diapazonunu əhatə edən musiqi janrıdır.
Eniqma (musiqi)
Enigma — musiqi layihəsi, Mişel Kretu tərəfindən 1990-cı ildə yaradılmışdır. Mişel Kretu həm bəstəkar, həm də prodüserdir. Onun həyat yoldaşı, müğənni Sandra Kretudur. 1990: MCMXC a. D. 1993: The Cross of Changes 1996: Le Roi Est Mort, Vive Le Roi!
Etüd (musiqi)
Etüd (fr. etude, hərf. – təmrin) - ifaçılıq texnikasını təkmilləşdirmək üçün nəzərdə tutulan instrumental pyes. İfaçılıq baxımından çətin üsulların dəfələrlə təkrarlanmasına əsaslanır. Görkəmli bəstəkarlar tərəfindən yaradılan etüdlər yüksək bədii əhəmiyyət kəsb edir.
Faktura (musiqi)
Faktura (lat. factura – hərfi mənada emal, məcazi mənada quruluş) — musiqinin əsası, məğzi, texniki quruluşu, musiqi səslənməsinin tərkibi. Melodiya, müşayiət, bas, ayrı-ayrı səslər, səsaltı xəttlər, mövzular və s.
Fantaziya (musiqi)
Fantaziya (yun. φαντασία – təxəyyül) – formal və stilistik olaraq fərqli janrların ümumi təyinatı, sərbəst formalı instrumental musiqi pyesi. Fantaziyada improvizasiya mühüm əhəmiyyət kəsb edir. Köklü improvizəyə malik musiqi kompozisiyasıdır. Fantaziya, ekspromt kimi, hər hansı ciddi musiqi formasının xrestomatik qaydalarına nadir hallarda əməl edir. XVI əsrdə tokkata və riçerkara yaxın polifonik pyeslər Fantaziya adlanmışdır. XVII əsrdə konsert, simfoniya, uvertüra, sonata və rondonun təsirinə məruz qalmışdır. XVII-XVIII əsrlərdə Fantaziyadan fuqaya, bəzən isə sonataya müqəddimə kimi istifadə olunmuşdur. 19-cu əsrdə quruluşca sonataya, bəzən simfonik poemaya yaxın əsər, eyni zamanda opera, balet, xalq mahnıları mövzuları əsasında virtuoz pyes kimi geniş yayılmışdır. Azərbaycan xalq calğı alətləri orkestoru üçün Ü.Hacıbəyli, S.Rüstəmov və başqa Fantaziyalar bəstələmişlər.
Folk-musiqi
Folk-musiqi — ənənəvi xalq musiqisini və 20-ci əsrdə xalq dirçəlişi zamanı əvvəlki dövr nümunələrindən təkamül edən müasir janrı özündə birləşdirən musiqi janrıdır.
Futurizm (musiqi)
Futurizm — rus futurizmi bir qrup rus şairi və rəssamı Filippo Tommaso Marinetti tərəfindən yazılmış Futurist Bəyannaməni qəbul etdikdə ortaya çıxan sənət hərəkatı. Bu tendensiyanın 1912-ci ilin dekabrında Moskvada yerləşən Hylaea qrupunun Tokat to General Likes adlı manifestini dərc etməsi ilə başladığı qəbul edilən başqa bir fikirdir. Hylea qrupu 1910-cu ildə David Burlyuk və onun qardaşları tərəfindən yaradılmış, 1911-ci ildə Vasili Kamenski və Velimir Xlebnikov, Aleksey Kruçenix və Vladimir Mayakovski bu qrupa qoşulmuşlar. Hylea qrupu Rus Futurizminin yayılmasında ən təsirli qrup olsa da, bir çox başqa qruplar da bu hərəkata öz töhfələrini verdilər. Bunların arasında əsası Sankt-Peterburq şəhərində İqor Severyaninin yaratdığı Eqo-Futurist qrupu və Kiyev, Xarkov və Odessa kimi digər şəhərlərdə yaradılmış qruplardır.
Klassik musiqi
Klassik musiqi — klassik musiqi o əsərlərə deyilir ki, həmin əsərlər artıq tarix olub, zamanın sınağından çıxıb. Buna baxmayaraq, hələ də müasir cəmiyyətdə auditoriyasını qoruyub saxlayıb, sevilir və dinlənilir. Klassik musiqi incəsənətin bir növü olub Qərb ənənələrinə söykənir. Bu XI əsrdən bu günə qədər böyük bir dövrü əhatə edir. Bu ənənənin mərkəzi normaları ümumi təcrübə dövrü kimi sayılan 1550 və 1900-cü illəri bir-birinə bağlayır. Klassik musiqinin böyük vaxt bölmələri erkən musiqi dövrü sayılır. Buna daxildir- Medival və Renesans; Barokko və Romantik; Klassik; və XX əsrdən müasir dövrə qədər olan dövr. Avropa dünyaya Vivaldi, İohann Bax, Hendel, Motsart, Mendelson, Şopen, Rixard Vaqner, Cüzeppe Verdi, İohann Ştrauss, Yohans Brams, Jorj Bize və başqa dahi bəstəkarları bəxş edib. Xüsusilə iki dahi bəstəkarı-Volfqanq Amadey Motsart və Lüdviq van Bethoven- i qeyd etmək lazımdır ki, onlar klassik musiqi sahəsində özündən sonra gələn bəstəkarlar nəslinin formalaşmasında mühüm rol oynamışdır. Motsart artıq 6 yaşı olanda musiqi bəstələməyə, konsertlər verməyə, Avropanı gəzməyə başlamışdı.
Metal Musiqi
Metal (və ya Hevi-metal; ing. Heavy Metal, ağır metal) — aqressiv ritmlər və həddən artıq distorsiyalı gitaralarla xarakterizə edilən rok musiqi növüdür. Bu növün kökləri 1964–1967-ci illərdə blüz və roku birləşdirərək yeni hard-rok növünü yaratdı. Bu musiqi növü daha çox gitara və baraban əsaslıdır. Metal öz məşhurluğunu 1980-ci illərdə daha çox növün ortaya çıxmasıyla artırdı. Ticari məqsədli olmayan bu musiqi növü, dünyada böyük bir dinləyici kütləsinə malikdir. Ən məşhur metal qrupları Black Sabbath, Iron Maiden, Judas Priest, Manowar, Metallica, AC/DC, Eric Burdon, Led Zeppelin və Deep Purpledur. Ehtimallardan birinə görə Uilyam S. Borrousun 1962-ci ildə yazdığı "The Soft Machine" adlı romanının obrazlarından biri olan "Uranlı Villi, ağır metal uşaq"dan götürülüb. "Blue Oyster Cult"un prodüseri, meneceri, bəstəkarı və şairi olan Sendy Perlman 1970-ci ildə "ağır metal" ifadəsini ilk dəfə roka daxil etdi. Başqa versiyaya görə 1960-cı illərin axırında Led Zeppelin, Black Sabbath, The Move kimi qrupları olan Birmingem şəhəri sənayenin ürəyi sayılırdı və bəziləri "ağır metal" ifadəsinin buradan yarandığını ehtimal edir.
Modulyasiya (musiqi)
Modulyasiya (lat. modulation – müntəzəmlik, sabitlik) — bir tonallıqdan digərinə, eləcə də məqamına görə fərqlənən eyniadlı tonallığa (məsələn, do majordan do minora) keçid. Modulyasiya melodiya və harmoniyanı yeni çalarlarla zənginləşdirir, akkordların funksional əlaqəsini genişləndirir, musiqinin gərgin, dinmik inkişafına səbəb olur. Musiqi əsərinin kompoziyası və hissələrinin qarşılıqlı əlaqəsində modulyasiya əhəmiyyətli rol oynayır. Kamil (yeni tonallıqlda tamamlanmaqla) və qeyri-kamil (əvvəlki tonallığa qayıtmaqla; aralıq modulyasiya) modulyasiya olur. Vincent Persichetti, Twentieth-Century Harmony. W.W. Norton and Company, 1961. ISBN 0-393-09539-8.
Musiqi aləti
Musiqi alətləri (Çalğı alətləri) - müəyyən tembrli musiqi səsləri əldə etmək üçün xüsusi qurğu. Musiqi alətlərinin quruluşunu, texniki xüsusiyyətlərini və ifaçılıq imkanlarını öyrənən elmə alətşünaslıq deyilir . Musiqi alətləri səsçıxarma imkanlarına və quruluş xüsusiyyətlərinə görə fərqlənir. 1) Səsçıxarma imkanlarına görə Simli musiqi alətləri – simlərin səsləndirilməsi üsullarına görə növlərə bölünür: Kamanlı alətlər – skripka, alt, violonçel, kontrabas; Dartımlı alətlər – arfa; Mizrablı alətlər - tar, saz; Zərb alətləri – alətin gövdəsinə vurulmaqla səs əldə edilir . Səslənməsinə görə aşağıdakı növlərə bölünür: köklənən alətlər (müəyyən səsyüksəkliyinə malik zərb alətləri) – litavrlar, ksilofon, zəng (kolokol, kolokolçik). Köklənməyən alətlər (qeyri-müəyyən yüksəklikli zərb alətləri) – kiçik və böyük barabanlar, kastanyetlər, tam-tam və s. Quruluşuna görə növləri: plastinkalı alətlər, zarlı (pereponkalı) alətlər. Nəfəsli musiqi alətləri (üfləmə alətlər) – havanın alətin daxilinə üfürülməsi (nəfəs verilməsi) üsulu ilə səs əldə olunur . Quruluşuna görə növləri: dəlikli alətlər, qamış dilçəkli alətlər, müştüklü alətlər. Hazırlanma materialına görə növlərə bölünür: Mis alətlər – truba, kornet, trombon, tuba, valtorna və s.